30.12.2019

Təhsil naziri Ceyhun Bayramov tərəfindən təltif olunan təhsi işçilərinə təltiflər təqdim edilib

        Dekabrın 30-da Cəlilabad Rayon Təhsil Şöbəsində RTŞ müdirinin və əməkdaşlarının  iştirakı ilə Təhsil nazirliyinin Fəxri Fərmanı və “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülən təhsil işçilərinə təltiflər təqdim olunub.

       Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Firidun Zeynalov və Bədirli kənd tam orta məktəbin direktoru Şahin Kazımov Təhsil nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edilib.

        Bundan başqa Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin tarix müəllimi Həqiqət Axundova “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.