09.01.2020

Təhsil Şurası keçirilib

    Yanvarın 9-da Cəlilabad Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura keçirilib. Şurada Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova, RTŞ-nin əməkdaşlarım və rayonun ümumtəhsil məktəblərinin direktorları iştirak edib.

    İlk öncə RTŞ müdiri qarşıda görüləcək işlərlə bağlı, xüsusilə IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq vəziyyəti, eləcədə şagirdlərin fənn olimpiadalarına hazırlığı, eksternat və təkrar imtahanlarla əlaqədar çıxış edərək, direktorlara bir çox tapşırıqlar verib. Həmçinin  "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planını"nın təsdiq edilməsi barədə Təhsil nazirinin 29 dekabr 2019-cu il tarixli, F-771 nömrəli əmrindən irəli gələn məsələlər direktorların diqqətinə çatdırılıb.

    Daha sonra monitorinq keçirilən məktəblərin nəticələri geniş şəkildə müzakirə edilib. Tədris ilinin əvvəlindən başlayan monitorinqlərdə aşkarlanan nöqsanlar RTŞ müdiri tərəfindən məktəb direktorlarının diqqətinə çatdırılaraq, qısa vaxt ərzində qeyd edilən nöqsanların aradan qaldırılması tapşırılıb.

    Sonda RTŞ əməkdaşları müəyyən məsələlərlə bağlı çıxış ediblər.


Açar sözlər: ,  ,  ,