10.01.2020

Monitorinq keçirilib

        Azərbaycan Respublikası Təhsil nazirinin 30 avqust 2019-cu il tarixli, F-531 nömrəli əmrinin 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Cəlilabad Rayon Təhsil Şöbəsi tərəfindən işlər görülür. Belə ki, 09 yanvar 2020-ci il tarixdə rayonun Nizami adına 1 nömrəli məktəb-liseyində ibtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının səviyyəsinin öyrənilməsi məqsədi ilə monitorinq keçirilib. 

        Qeyd edək ki, monitorinqin nəticələrindən asılı olaraq, sinif müəllimlərinin fəaliyyətinin qiymətləndirməsi barədə müvafiq təkliflər hazırlanacaq.