10.01.2020

Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək

        Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək. Bu mərhələd Cəlilabad rayonu ümumtəhsil məktəbləri üzrə 600 şagirdin iştirakı nəzərdə tutulur.

        Qeyd edək ki, Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir. IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir.