17.01.2020

İnşa müsabiqəsi keçirilib

        17 yanvar 2020-ci il tarixdə Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsinin ildönümü ilə bağlı şagirdlər arasında inşa müsabiqəsi keçirilib. Müsabiqədə rayonun 43 ümumtəhsil məktəbindən 51 şagird iştirak edib. Şagirdlər onlara ayrılmış 2 saat vaxt ərzində "20 Yanvar - Qan yaddaşımız!", "Azadlıq tumunu səpdi şəhidlər", "Şəhidlər ölməz, vətən basılmaz!" mövzularında bacarıqlarını nümayiş etdiriblər.

        İnşa müsabiqəsinin qalibləri Cəlilabad Rayon Təhsil Şöbəsi və "Woodpecker" firması tərəfindən diplom və hədiyyələrlə təltif olunub.