21.01.2020

Məktəb direktorlarının I yarımilə aid olan hesabatları dinlənilir

        21 yanvar 2020-ci il tarixdə Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Təhsil nazirinin 30 avqust 2019-cu il tarixli, F-531 nömrəli əmrinin icrası vəziyyətinin öyrənilməsi məqsədi ilə məktəb direktorlarının hesabatı dinlənilib.

        Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova 2019-2020-ci dərs ilində Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi istiqamətində məktəblərdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. 

        Daha sonra tədbirdə çıxış edən şəhər 1 nömrəli məktəb-liseyin direktoru Fizuli Quliyev, şəhər 8 nömrəli məktəb-liseyin direktoru Sevda Quliyeva, şəhər 4 nömrəli tam orta məktəbin direktoru Sənubər Quliyeva və şəhər 2 nömrəli tam orta məktəbin direktoru Səyyad Bağırov müvafiq əmrin tələbləri istiqamətində rəhbərlik etdikləri məktəblərdə görülmüş işlər haqqında elektron təqdimat vasitəsi ilə hesabat veriblər. 

        Hesabatların dinlənilməsində əsas məqsəd görülən işlərin gedişi ilə tanış olmaq, qarşıda duran vəzifələrə dair müzakirələr aparmaq və müvafiq məsələlərlə bağlı qərarlar qəbul etməkdən ibarətdir.

        Sonda mövzu ilə bağlı fikir mübadiləsi, müzakirələr aparılıb və təkliflər dinlənilib.