14.02.2020

Şəhid Fərid Əhmədovun doğum günü qeyd edilib

        Fevralın 13-də Cəlilabad şəhər 1 nömrəli məktəb-liseydə şəhid Fərid Əhmədovun doğum günü qeyd edilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Polis Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.  

        Tədbir iştirakçıları ilk öncə şəhidin baralyefinin önünə gül dəstələri qoymuş, daha sonra onun keçdiyi həyat yolundan bəhs etmişlər.

        Qeyd edək ki, Fərid Əhmədov 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. 2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb

 


Açar sözlər: ,  ,  ,