14.02.2020

"Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsi keçirilib

        Fevralın 14-də Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinə əsasən "Ədəbiyyat biliciləri" müsabiqəsinin II mərhələsi keçirilib. Müsabiqədə 46 ümumtəhsil məktəbindən 102 şagird iştirak edib. Müsabiqənin II mərhələsində ayrı-ayrı məktəblərdə noyabr-dekabr aylarında keçirilmiş I mərhələnin qalibləri iştirak ediblər. 

        "Ədəbiyyat biliciləri" müsabiqəsinin komissiya üzvləri sırasına rayonun ümumtəhsil məktəblərindən öz mütaliəsi və yaradıcılığı ilə fərqlənən müəllimlər cəlb edilib. 

        Müsabiqə zamanı şagirdlərə 10 sualdan ibarət 2 variantda dünya və Azərbaycan ədəbiyyatının korifey sənətkarları haqqında suallar, ümumləşdirici mövzular və 2 esse yazmaq tövsiyə olunub. 

        Qeyd edək ki, müsabiqənin nəticələri növbəti həftə elan ediləcək.


Açar sözlər: ,  ,  ,