15.02.2020

"Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib

        Fevralın 14-də Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin idman zalında "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. Yarış Cəlilabad Rayon Təhsil Şöbəsinin və Cəlilabad Gənclərin İnkişafı və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

        Yarışda rayonun 12 ümumtəhsil məktəbi üzrə 16 komandadan  96 şagird iştirak edib.  Gərgin mübarizə zəmnində keçən intellektual yarışda 6 komanda fevralın 18-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

        Qeyd edək ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir.