17.02.2020

Gənc könüllülər Təhsil Şöbəsində qonaq oldular

        Fevralın 17-də Cəlilabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri "Peşəkarla yan-yana" layihəsi çərçivəsində Cəlilabad Rayon Təhsil Şöbəsində qonaq olublar. Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova gənc könüllülərlə söhbət edərək onlara keçdiyi həyat yolundan bəhs etmiş və onların suallarını cavablandırmışdır. Daha sonra RTŞ müdiri gənclərlə birlikdə idarəni gəzərək onları əməkdaşlarla tanış edib.