20.02.2020

"Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib

        Fevralın 19-da Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib. Tədbirdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Tural Şahmarov, Narkoloji dispanserin həkimləri, məktəbin direktoru Səyyad Bağırov, şagirdlər, müəllimlər və valideynlər iştirak ediblər.

        Maarifləndirici tədbirdə narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışılıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edilib.

        Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb və məktəbin əlaçı şagirdlərinə hədiyyələr verilib.