27.02.2020

Regional görüş keçirilib

        Fevralın 27-də Cəlilabad rayonunda regional görüş keçirilib. Görüş “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə” Təhsil nazirinin müvafiq əmrinin icrası ilə  əlaqədar təşkil edilib.

        Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Cəlilabad, Biləsuvar, Masallı, Yardımlı rayonlarının təhsil şöbəsi müdirləri, Lənkəran, Astara və Lerik RTŞ-nin əməkdaşları iştirak ediblər.

        Görüşdə maarifləndirmə tədbirlənin təşkilinin xüsusi əhəmiyyəti vurğulanıb, məktəblilərin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyi qeyd edilib. Həmçinin  “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb.

        Görüş müzakirələrlə başa çatdırılıb.