02.03.2020

Nə? Harda? Nə zaman? intellektual oyunun finalı keçirilib

        Fevralın 29-da Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində "Nə? Harada? Nə zaman?" intellektual yarışının finalı keçirilib. Yarış Cəlilabad Rayon Təhsil Şöbəsinin və Cəlilabad Gənclərin İnkişafı və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

        Yarışda Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin "Nizami", Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin "Qurtuluş", Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin "Nika", Günəşli kənd 1 nömrəli tam orta məktəbin "Günəşli", Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin "Göytürklər" və "Qızılbaşlar" komandaları iştirak edib. Gərgin mübarizə zəmnində keçən intellektual yarışda daha şox suala cavab vermiş komandalar I, II və III yeri tutublar. Belə ki, yarışın qaliblər aşağıdakı kimi olub.

I yer -  Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin "Nizami" komandası

II yer -  Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin "Qızılbaşlar" komandası

III yer - Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin "Nika" komandası 

 

         Qeyd edək ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir.