02.03.2020

Şagirdlərlə görüş keçirilib

       Fevralın 28-də Respublika Fənn Olimpiadalarının yarımfinal turunun nəticələri elan olunub. Nəticələrə əsasən Cəlilabad rayonu  üzrə 4 şagird RFO-nun final mərhələsinə vəsiqə qazanıb.

        Finala vəsiqə qazanmış şagirdlər haqqında məlumat aşağıdakı kimidir.

        1. Günəşli kənd 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi İsmayılova Zəhra Habil qızı Azərbaycan dili fənni üzrə

        2. Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin IX sinif şagirdi Məhərrəmli Həsən namiq oğlu coğrafiya fənni üzrə

        3. Göytəpə şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əliyeva Fatimə Yusif qızı coğrafiya fənni üzrə

        4. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Məhərrəmov Nurlan Emin oğlu tarix fənni üzrə

        Martın 2-də Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova həmin şagirdlər və onların fənn müəllimləri ilə, eləcə də təhsil aldıqları məktəblərin direktorları ilə görüşüb.

       O, həmin şagirdləri təbrik edərək onların final mərhələsində də bu uğuru davam etdirməyini arzuladığını bildirib.