04.03.2020

Təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

        Koronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması məqsədilə respublikanın digər bölgələrində olduğu kimi Cəlilabad rayonununun bütün təhsil müəssisələrində də tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.

       Görülən işlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təhsil müəssisələrində martın 3-dən 9-dək tədris prosesi dayandırılıb. Bu müddət ərzində  Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.