18.03.2020

Teledərslər

        Məlum olduğu kimi martın 11-dən başlayaraq həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Bu proqramda teledərslər bütün sinifləri əhatə edərək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

        Cəlilabad rayon ümumtəhsil məktəblərinin şagirdləri də bu layihədən istifadə edərək tətil günlərini teledərslər vasitəsi ilə dəyərləndirir.