28.04.2020

Videokonfrans keçirilib

        28 aprel 2020-ci il tarixdə Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova RTŞ əməkdaşları və məktəb direktorlarının iştirakı ilə videokonfrans keçirib.

        Videokonfransda rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin virtual məktəb layihəsində iştirak dinamikası, mövcud olan problemlər, şagirdlər tərəfindən teledərslərin və onlayn dərslərin izlənilməsi ilə bağlı məsələlər müzakirə edilib.

        Həmçinin I siniflərə şagird qəbulu ilə bağlı valideynlər arasında onlayn maarifləndirmə işinin aparılması məsələsinin diqqətdə saxlanılması tapşırılıb.

        Videokonfransda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.


Açar sözlər: ,  ,