06.05.2020

Sərəncam

        06 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti  Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. 

        Sərəncam əsasən respublika üzrə 10 milyon manat həcmində 34 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulmuşdur.

        Qeyd edək ki, quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısına Cəlilabad rayonundan da 3 məktəb salınmışdır.

 

1. Cəlilabad rayonunun Badamağac kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbi

2. Cəlilabad rayonunun Qarğılı kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəb

3. Cəlilabad rayonunun Əliabad kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəb