12.05.2020

Onlayn rəsm müsabiqəsinin nəticələri məlum olub

        Aprelin 4-də Cəlilabad Rayon Təhsil Şöbəsi tərəfindən elan edilmiş "koronovirusla mübarizə uşaqların gözü ilə" onlayn rəsm müsabiqəsinin nəticələri məlum olub.

        Nəticələrə əsasən Eçara kənd tam orta məktəbin IX sinif şagirdi Rzayeva Minarə Nəriman qızının çəkdiyi rəsm əsəri I yerə, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əliyeva Xədicə Rafael qızı və Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Həsənli Nihad Samir oğlunun çəkdikləri rəsm əsərləri II yerə, Fərzili kənd ümumi orta məktəbin V sinif şagirdi Kərimova Leyla Fəqani qızının çəkdiyi rəsm əsəri isə III yerə layiq görülüb.

        Qaliblər RTŞ müdiri tərəfindən müvafiq dərəcəli diplomlarla təltif edilib. 

        Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərimizin evdə keçirdiyi günlərin səmərəliliyini təmin etmək olub.