22.05.2020

  "Virtual əlaçı" bilik yarışmasının V həftə üzrə nəticələri məlum olub

        Mayın 22-dən etibarən VI "Virtual əlaçı" bilik yarışmasına start verilir.

        Yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.

        "Virtual əlaçı" bilik yarışmasının V həftə üzrə nəticələri məlum olub.

        Sevindirici hal odur ki, Cəlilabad rayon Komanlı kənd tam orta məktəbin VI sinif şagirdi Zeynalova Türkanə təhsil aldığı sinif üzrə ən yaxşı nəticəni göstərərək həftənin əlaçısı olub.

        Bu münasibətlə şagirdimizi təbrik edir və yeni-yeni uğurlar arzulayırıq.

        Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.