12.06.2020

Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş virtual sərgi 

    3-10 iyun tarixlərində Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş respublika virtual rəsm sərgisi keçirilib. Sərgi Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

    COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan sərginin keçirilməsində əsas məqsəd Azərbaycan ədəbiyyatının qabaqcıl ideya və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış Nəriman Nərimanovu gənc nəslə tanıtmaq, həmçinin elm, maarif və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrünün milli məfkurə daşıyıcısı olan şəxsiyyətinə ehtiramla yanaşmaqdan ibarətdir.

    Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilən “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilən sərgidə regionlarda və Bakı şəhərində fəaliyyət göstərən 40 uşaq-gənclər inkişaf mərkəzi tərəfindən təqdim edilmiş 100-dən artıq nazirliyin rəsmi internet saytı və sosial şəbəkələr vasitəsilə sərgilənir.

    İşlənmə texnikası sərbəst olan rəsmlərdə Nəriman Nərimanovun həyat və yaradıcılıq fəaliyyəti ilə yanaşı Azərbaycanın tarixi abidələri, dövlət rəmzləri və zəngin mədəni irsi də öz əksini tapıb.

    Qeyd edək ki, müsabiqədə Cəlilabad rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi "Bacarıqlı əllər" dərnəyinin 14 yaşlı üzvü Məmmədova Kəmalə Ələkbər qızının çəkdiyi rəsm əsəri ilə təmsil olunub.