Qərənfil Qorxmaz qızı Əhmədova 

1973-cü ildə Cəlilabad şəhərində anadan olub.

1995-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 1995-2012-ci illərdə Cəlilabad şəhər 8 nömrəli texniki və humanitar təmayüllü məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi, 2012-ci ilin noyabr ayından Cəlilabad şəhər 1 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseydə, 2013-cü ilin aprel ayından isə Cəlilabad şəhər 8 nömrəli humanitar və texniki fənlər təmayüllü məktəb-liseydə direktor vəzifəsində çalışıb.

2019-cu ilin fevral ayından RİHB 33 nömrəli sərəncamı ilə Cəlilabad RTŞ-nin müdiri vəzifəsinə təyin edilib.

2010-cu ildə “Qabaqcıl təhsil işçisi”, 2011-ci ildə “Əməkdar müəllim, 2012-ci ildə “İlin müəllimi” fəxri adlarına layiq görülüb.

Evlidir, 2 övladı var.