2015-2016-cı tədris ilində Cəlilabad Rayon Təhsil Şöbəsinin  tabeliyində 74 tam, 37 ümumi və 14 ibtidai olmaqla 125 ümumtəhsil məktəb fəaliyyət göstərmişdir. Onlardan 56 məktəb 1 növbəli, 69 məktəb isə 2 növbəli , 35 məktəb 5 günlük, 90 məktəb isə 6 günlük iş rejimində işləmişdir. 1778 sinif komlektində 27615 şagird təhsilə cəlb edilmiş və onların təlim-tərbiyəsi ilə 2578 müəllim məşğul olmuşdur. Müəllim-şagird nisbəti 1:10.7 olmuşdur.

Cəlilabad RTŞ nəzdində Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər İdman Mərkəzi, Ekoloji Tərbiyə və Təcrübə Mərkəzi və Şahmat Mərkəzi olmaqla 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir.