09.12.2019

Şagirdlər Heydər Əliyev Mərkəzində ekskursiyada olublar

        Cəlilabad Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq Ümummili lider Heydər Əliyevin anım günü ilə əlaqədar Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin bir qrup şagirdi Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.

        Dekabrın 12-nə kimi digər məktəb şagirdlərinin də iştirakı nəzərdə tutulan ekskursiyanın məqsədi Ulu Öndərin həyatı və siyasi fəaliyyəti ilə şagirdləri daha yaxından tanış etməkdən ibarətdir.