23.09.2020

Tədrisin təşkilinin monitorinqi keçirilib

        Sentyabrın 22-də Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova və şöbənin əməkdaşları şəhər 8 nömrəli məktəb-lisey, şəhər 7 nömrəli, Sabirabad kənd 1 nömrəli və Sabirabad kənd 2 nömrəli tam orta məktəblərində tədrisin təşkilinə nəzarət istiqamətində monitorinq keçirib.

        Monitorinq zamanı məktəblərdə növbə ilə məktəbə daxilolma prosesini tənzimlək üçün bir neçə əməkdaşın təhkim edilməsi, məktəbdə təhsil alan şagirdlərin sayı ilə giriş və çıxış qapılarının sayının uyğunluğuna nəzarət, sosial məsafələrin gözlənilməsi, hərarətin ölçülməsi, təhsil müəssisəsində xüsusi karantin otaqlarının ayrılması, otaqlarda müvafiq tibbi dezinfeksiyaedici maddələrin olması müşahidə olunub. Bununla yanaşı əyani dərs cədvəllərinin müvafiq təlimatlara uyğun olaraq hazırlanması, tənəffüs zamanı şagirdlərə ayrılmış 10 dəqiqə müddətə tam riayət edilməsi, tənəffüs vaxtı hər bir sinif üçün növbəli qrafiklərin tənzimlənməsi işi həyata keçirilib.

        Qeyd edək ki, müəyyən qrafik əsasında monitorinqlər davam edir.