26.05.2021

Cəlilabad komandası mini futbol üzrə zona birincisi olub

24-25 may tarixlərində Lənkəran Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin  mini futbol üzrə zona mərhələsi keçirilib.

Yarışda Cəlilabad, Lənkəran, Astara, Masllı, Yardımlı, Lerik, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarının komandaları iştirak edib.

Zona mərhələsinin nəticələrinə əsasən Cəlilabad rayonunun eyniadlı komandası I yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Lənkəran və Biləsuvar rayonlarının komandaları tutub.

Qeyd edək ki, turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin nümayəndəsi Oruc Məmmədli, Təhsil Nazirliyinin nümayəndəsi Elnur Əliyev, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov, Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər rayonların nümayəndələri iştirak ediblər.  

Məlumat üçün bildirək ki, zona mərhələsində I və II yerləri tutan komandalar iyun ayında keçiriləcək respublika mərhələsinə vəsiqə qazanıblar.


Açar sözlər: ,