28.05.2021

Zona turunda birinci yeri tutmuş şagirdlər təltif edilib

Mayın 28-də Cəlilabad Rayon Təhsil Şöbəsinin rəhbərliyi rayonun mərkəzi stadionunda Uşaq-Gənclər İdman-Şahmat məktəbinin dərnək üzvləri ilə görüş keçirib.

Görüşdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin zona mərhələsində mini futbol idman növü üzrə birinci yeri tutmuş şagirdləri RTŞ müdiri Ağaxan Ağayev təltif etmiş və qazandıqları uğur münasibətilə təbrik etmişdir.