08.06.2021

Cəlilabad məktəbliləri voleybol üzrə zona birincisi olub

İyunun 7-də Astara Olimpiya İdman Kompleksində “Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turniri”nə daxil olan IV zona komandalarının voleybol idman növü üzrə yarışı keçirilib.

Yarışın ümumi nəticəsinə görə Cəlilabad komandası I yerə, Masallı komandası II yerə, Lənkəran komandası III yerə çıxmışdır. I, II və III yerləri tutan komandalar Təşkilat komitəsinin diplomları ilə təltif edilmişlər.

Məlumat üçün bildiririk ki, idman yarışı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq keçirilib.


Açar sözlər: ,