10.06.2021

Yay məktəbi ilə bağlı canlı yayım

İyunun 11-i saat 17:00-da Cəlilabad Rayon Təhsil Şöbəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayım olacaq.

Canlı yayımda Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini icra edən Ağaxan Ağayev və aparıcı məsləhətçi Orxan Əzimov ümumi təhsil müəssisələrində yay məktəbinin təşkili ilə bağlı sualları cavablandıracaqlar.

 


Açar sözlər: ,