11.06.2021

Cəlilabad məktəblilərindən basketbol üzrə zona birincisi olub

Cəlilabad məktəblilərindən ibarət basketbol komandası Respublika turnirinin zona yarışlarının qalibi olub.

Cəlilabad Olimpiya İdman Kompleksində keçirilən Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turnirinə daxil olan basketbol idman üzrə zona yarışları başa çatıb.

Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan Respublikası Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən zona yarışlarında Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarını təmsil edən komandalar qələbə uğrunda mübarizə aparıblar.

Zona yarışının yekun nəticələrinə əsasən “Cəlilabad” komandası birinci, “Lənkəran” komandası ikinci, “Neftçala” komandası üçüncü yerlərə sahib olublar. Qaliblərə diplomlar təqdim edilib.

Əldə etdikləri qələbə münasibətilə məktəblilərimizi təbrik edir və final mərhələsində uğurlar arzulayırıq.