11.06.2021

“Xəmsə” milli intellektual bilik yarışması üzrə rayon birinciliyi keçirilib

11 iyun 2021-ci il tarixdə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin və Cəlilabad rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarına riayət olunmaqla gənclər arasında "15 iyun-Milli Qurtuluş Günü"nə həsr olunmuş "Xəmsə" milli intellektual bilik yarışmasının rayon birinciliyi keçirilib.

Bilik yarışması Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Ağaxan Ağayev, Ombudsmanın Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Mədəniyyət üzrə nümayəndə Elnur Atakişiyev çıxış ediblər. Natiqlər öz çıxışlarında Milli Qurtuluş Gününün əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərində söz açıblar.

İntellektual oyunda 7 komanda mübarizə aparıb və nəticədə Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin "Nika" komandası l yerə çıxıb. Şəhər 2 nömrəli tam orta məktəbin "Turan” komandası ll yerə, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin "Bozqurdlar" komandası isə lll yerə layiq görülüblər.

Sonda qalib komandalar Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin diplomları ilə təltif olunublar.