12.06.2021

Məktəblərdə təmir-tikinti işləri davam edir

İyunun 12-də Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini icra edən Ağaxan Ağayev Şorbaçı və Kazımabad kənd tam orta məktəblərində olaraq təmir-tikinti işlərinin gedişatı ilə tanış olub.

Məlumat üçün bildirək ki, cənab Prezidentin müvafiq Sərəncamına əsasən 2021-ci ildə Cəlilabad rayonunda 6 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Həmin məktəblərdən biri də Şorbaçı kənd tam orta məktəbidir. Yeni quraşdırılacaq Şorbaçı kənd tam orta məktəbinin 80 yerlik modul tipli binasının yeni tədris ilində istifadəyə verilməsi planlaşdırılır.

Kazımabad kənd tam orta məktəbi 1994-cü ildə birtipli layihə əsasında 422 yerlik olmaqla tikilib, istifadəyə verilmişdir. İstifadəyə verildiyi dövrdən məktəb təmir edilməmişdir. 2019-cu ildə Təhsil Nazirliyinin Tikinti-Təchizat İdarəsi tərəfindən məktəbin dam örtüyü tam olaraq dəyişdirilərək yenilənmişdir. Məktəb 2020-ci ilin sentyabr ayından Təhsil Nazirliyi tərəfindən əsaslı təmirə bağlanmışdır. Hazırda işlər davam etdirilməkdədir. Məktəb binasının yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.


Açar sözlər: