24.06.2021

Cəlilabad məktəbliləri futbol üzrə respublika çempionu olub

Cəlilabad məktəblilərindən ibarət futbol komandası Respublika turnirində birinci yeri tutublar.

Zağulba Tədris İdman Mərkəzində “Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turniri”nin futbol idman növü üzrə respublika yarışı başa çatıb.

Nəticələrə əsasən Cəlilabad Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat məktəbinin voleybol dərnəyinin üzvləri bütün rəqiblərinə qalib gələrək respublika çempionu olublar.

Əldə etdikləri uğur münasibətilə Uşaq-Gənclər İdman-Şahmat məktəbinin müəllim və şagirdlərini təbrik edir və yeni uğurlar arzulayırıq!


Açar sözlər: ,