25.06.2021

"Nə? Harda? Nə zaman?" intellektual yarışı keçirilib

İyunun 25-də Cəlilabad rayonu E.İsmayılov adına Təklə kənd tam orta məktəbində Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş "Nə? Harda? Nə zaman?" intellektual yarışı keçirilib. Yarışda Abazallı kənd tam orta məktəbinin "Komanda", Babalı kənd tam orta məktəbinin "Xarıbülbül", Şorbaçı kənd tam orta məktəbinin "Bilik", Təklə kənd tam orta məktəbinin "8 Noyabr" komandaları iştirak edib.

6 turdan ibarət olan yarışda hər turda 5 sual olmaqla, ümumilikdə 30 sual səsləndirilib. Yekun nəticəyə əsasən Təklə kənd tam orta məktəbinin "8 Noyabr" komandası yarışın qalibi olub.


Açar sözlər: ,  ,