27.06.2021

Şagirdimiz zona fənn olimpiadasının qalibi olub

Lənkəran Dövlət Universiteti (LDU) tərəfindən keçirilən zona fənn olimpiadasının qalibləri mükafatlandırılıb.

Cəlilabad şəhər 8 nömrəli mətkəb-liseyin IX sinif şagirdi Ağazadə İbrahim Rauf oğlu riyaziyyat fənni üzrə zona olimpiadasında 2-ci yeri tutduğu üçün Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov tərəfindən diplom, kubok və qiymətli hədiyyələrlə təltif edilib.

Məlumat üçün bildirək ki, 2020-2021-ci tədris ili üzrə respublika fənn olimpiadalarının nəticələrinə əsasən şagirdimiz İbrahim Ağazadə bürünc medala da layiq görülüb.

Əldə etdiyi nailiyyətlər münasibətilə şagirdimizi, onun müəllim və valideynlərini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.


Açar sözlər: ,