21.06.2021

"Bir inci saflığı olan su" adlı  tədbir keçirilib

        İyunun 21-da Cəlilabad rayonu Privolnoye kənd 2 nömrəli tam orta məktəbində "Bir inci saflığı olan su" adlı  tədbir keçirilib. Yay məktəbi layihəsində açıq dərs formasında keçirilən tədbirdə məktəbin biologiya müəllimləri və VIII sinif şagirdləri iştirak edib. Maarifləndirmə xarakteri daşıyan dərsdə müəllimlər su ehtiyatlarının idarə olunması, sudan qənaətlə və səmərəli istifadə olunması ilə bağlı məktəbin şagirdlərinə mühazirə oxuyublar. 


Açar sözlər: ,  ,  ,  ,