06.07.2021

Respublika mahnı müsabiqəsinin qalibi təltif edilib

"Sən elə bir zirvəsən" adlı onlayn respublika mahnı müsabiqəsinin qalibi təltif edilib.

Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Əliyev Cəfər Əli oğlu Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı onlayn respublika mahnı müsabiqəsində 15-20 yaş qrupu üzrə I yerə layiq görülüb.

Bu münasibətlə Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini icra edən Ağaxan Ağayev qalib şagirdimizi qəbul edərək, təltif etmişdir.

Əldə etdiyi uğur münasibətilə Cəfəri təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,