07.07.2021

Attestatlar təntənəli surətdə məzunlara təqdim olunub

2020-2021-ci tədris ilində Cəlilabad rayon ümumtəhsil məktəblərini bitirmiş məzunlara bitirdikləri təhsil səviyyəsinə uyğun olaraq ümumi və tam orta təhsil haqqında attesatatların verilməsinə başlanılıb.

6-7 iyul tarixlərində Cəlilabad şəhər 1 nömrəli məktəb-lisey, şəhər 2 nömrəli tam orta və şəhər 5 nömrəli ümumi orta məktəblərin məzunlarına təntənəli surətdə attestatlar təqdim olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi" Qaydalarına əsasən ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim edilir.

Qeyd üçün bildirək ki, bu prosesin rayonun digər ümumtəhsil məktəblərində də həyata keçirilməsi davam etməkdədir.


Açar sözlər: ,