10.07.2021

"Yaz festivalı"nın qaliblərinə mükafatlar təqdim olunub

"Yaz festivalı"nın qaliblərinə mükafatlar təqdim olunub.

Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması, həmçinin Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Masallı Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilmiş "Yaz festivalı" müsabiqəsinin qalibləri təltif edilib.

Müsabiqənin qaliblərindən olan Cəlilabad rayonu Alar kənd 3 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əmirova Səma Anar qızı və VIII sinif şagirdi Əliyeva Rüqəyya Asəf qızı Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tərəfindən III dərəcəli diplomlarla təltif olunub.

Xatırladaq ki, mayın 12-dən iyunun 12-dək davam etmiş festivalda bədii qiraət və rəsm (əl işləri) olmaqla 2 nominasiya üzrə 14 iştirakçı münsiflər heyəti tərəfindən festivalın I, II və III yerlərinə layiq görülüb.

Şagirdlərimizi əldə etdikləri uğur münasibətilə təbrik edir və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.


Açar sözlər: ,  ,