18.07.2021

Bizim müəllim - Vasif Aliyev

"Bizim müəllimlər" layihəsinin bu həftəyə olan təqdimatı Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin fizika müəllimi Vasif Aliyev barəsindədir.

Aliyev Vasif Əhmədağa oğlu 1986-cı ildə Yardımlı rayonu Gavran kəndində anadan olmuşdur. 2004-cü ildə şəhid Fəyaz Masiyev adına Gavran kənd tam orta məktəbi yüksək qiymətlərlə bitirmiş və elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunmuşdur. 2008 –ci ildə universiteti bitirdikdən sonra 2008-2009 –cu illərdə hərbi xidmətdə olmuşdur. Vasif müəllim hərbi xidmətdən qayıtdıqdan sonra Sumqayıt Dövlət Universitetinə qəbul olunmuş və 2009-2011- ci illərdə universitetin “Molekulyar fizika istilik fizikası” ixtisası üzrə magistr təhsili almışdır.

Vasif Aliyev magistr təhsilini bitirdikdən sonra 2011–ci il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş və uğur qazanaraq Yardımlı rayonu Şəfəqli kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 2018 –ci ilə qədər 4 müxtəlif məktəbdə müəllim işləmişdir. 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbdə fizika və STEAM müəllimi olaraq çalışır.

Müəllim olaraq çalışdığı 10 il müddətində hazırladığı 100-dən çox şagirdi respublikanın müxtəlif ali məktəblərinə yüksək nəticələrlə qəbul olunublar.

Vasif müəllim şagirdlərin təkcə ixtisası üzrə yetişməsində deyil, həmçinin gənc nəslin müasir texnoloji layihələrdə iştirakına yaxından köməklik göstərmişdir. Buna misal olaraq şagirdlərinin hər il Təhsil Nazirliyinin tərəfindən təşkil edilən "Sabahın alimləri" Respublika müsabiqəsində iştirakı və hazırladıqları maraqlı layihələri göstərmək olar. Onun rəhbərliyi ilə şagirdlərin hazırladığı “The Tunel Wind” layihəsi ABŞ-ın texnologiya şirkətinin xüsüsi sertifikatına layiq görülmüşdür.

Vasif müəllim 2019-cu il Təhsil Nazitliyinin xətti ilə İsraildə STEAM (Scince, Texnology, Engenering, Art, Math) təlimlərində iştirak etmiş və STEAM üzrə beynəlxalq təlimçi sertifikatı almışdır.

2019-cu ildən bu günə qədər Təhsil Nazirliyinin Cəlilabad rayonu üzrə təhsil meneceridir.

Təhsildə inkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsinə təqdim etdiyi “ Robotics Laborororiya” və IV qrant müsabiqəsinə təqdim etdiyi “STEAM-hər fəndə” layihələri qalib elan olunmuşdur.

 


Açar sözlər: ,