21.09.2021

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri barədə statistik məlumat

2020-2021-ci tədris ilində Cəlilabad rayon ümumtəhsil məktəblərini tam orta təhsil səviyyəsi üzrə 1631, ümumi orta təhsil səviyyəsi üzrə isə 2296 şagird bitirib. Onlardan tam orta təhsil səviyyəsi üzrə 9 nəfəri, ümumi orta təhsil səviyyəsi üzrə isə 7 nəfəri məktəbi fərqlənmə attestatı ilə bitirib.

Bu il məzun olan 908 abituriyentdən 464 nəfəri (51.1 %) tələbə adı qazanaraq, ali təhsil müəssisələrinə qəbul olub. Onlardan 12 nəfəri 600-dən, 58 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Məzunlardan 19 nəfəri xüsusi təyinatlı təhsil müəssisələrinə, 149 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Cəlilabad rayonu üzrə digər illərin məzunları ilə birlikdə bu il 506 nəfər abituriyent ali təhsil müəssisələrinə, 225 nəfər abituriyent orta ixtisas təhsili müəssisələrinə, 20 nəfər abituriyent isə xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olaraq, tələbə adını qazanıblar.

Məlumat üçün bildirək ki, 2019/2020-ci tədris ilində abituriyentlərdən 41%-i ali təhsil müəssisələrinə qəbul olmuşdusa, 2020/2021-ci tədris ilində bu say 10% artaraq, 51.1% olmuşdur.

 


Açar sözlər: ,